Dedim: ayaq saxla, dayan bir görək,baxışın ruhumu aldı, apardı.Dedi: lap dayandım, nəyimə gərək,xəstəsən, iynəni vurdum, qurtardı.

Dedim: ürəyimdə bir sızıltı var,dayan, gözlərinə qoy baxım bir az.Kövrəyəm, baxaram, könlüm xoş olar,sənin gözəlliyin qorxma, azalmaz.

Dedi: qızdırmada yanırsan sən ki,siz allah, siz buna bir qulaq asın.Dedim ki, xəstəyəm, ölməmişəm ki,baxışım boynunu qucaqlamasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets