Hardan gəldi qulağımabu durna səsi.Hələ ömrümünpayızına qalıb.Bir-iki xəstə yarpaq,yarpaq tökümü deyil.Hələ əllərimuzana qalıb.Borclu-borclununsağlığını istəyər. –Dünya, sənə vallah,borcum var.Körpəcə qızlarımahələ yaşamaq borcum var.Hardan gəlir qulağımabu durna səsi.Hələ ürək dolusu sevilməmişəm.Nə də avara kimi söyülməmişəm.Nə də Nəsimi tək soyulmamışam.Bu ömürdüsəhanı bəs,döyülməyim,söyülməyim,sevilməyim.Nə tez yadınıza düşdü ölməyimHardan gəldi qulağımabu durna səsi.Hələ gözlərimdəyaşıl-yaşıl arzular pöhrələyir.Göz-göz açılır ürəyimdəkörpə-körpə yarpaqlar.Saçlarım gözləyir ki,əllər qonacaq ona –saçlarımın qaranquşu.Saçlarımın qaralmaq ümidi var.Gözlərimin vurulmaq ümidi var.Öz nəfəsimdən ağzım qarsalır.Hələ qızınan vaxtım deyilyarpaq sarısına,qızıl sarısınabatan günəşin sarısına...Hardan gəldi qulağımabu durna səsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets