Baharın ilk günləriydi,Torpaq nəğmə deyirdi.Sözlər onun gülləriydi,Torpaq nəğmə deyirdi.

Gül ətriydi, quş səsiydi,Sularının xoş səsiydi,Bilmirəm yağış səsiydi,Torpaq nəğmə deyirdi.

Yaşıl zəmi nazlanırdı,Tumurcuqlar sözlənirdi,Bənövşələr gizlənirdi,Torpaq nəğmə deyirdi.

Uşaq öpürdü quzunu,Bir qız yuyurdu üzünü,Dumandı, şumlar üzünüTorpaq nəğmə deyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring