Piranəsərlikdə bir növcavanın
Piranəsərlikdə bir növcavanınOxları sinəmə kargər olmuş.Atdı, vurdu, yıxdı, keçdi çəpəndaz,Könül əqəbincə dərbədər olmuş.
Yetişən zamanda başa sinnü sal,Didarını görcək rəf oldu məlal;Gəlib təravətə gülşəni-xəyal,Şükufələr açıb barvər olmuş.
Həvavü hovəsi sanmayın asan,Şiri-nəri eşq eyləyər bəndivan.Görmədinmi, necə o Şeyx-SənanDüxtəri-tərsaya xidmətgar olmuş!
Pirlik etmişdi məni sərsəri,Qalmamışdı zövqü səfa əsəri;Ol qönçədəhanı görəndən bəriNəzmi-təbim yenə pürgühər olmuş.
Yüz huriyü qılman olaydı hazır,Mu qədəri ülfət etməzdi xatir;Bu gün neçə gündür qocaman ZakirTazə-təri sevmiş, tazə-tor olmuş.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-piraneserlikde-bir-novcavanin
Use ← → keys to move, R for a random poem
More by this author
Nə qədər cövrü cəfa eyləyə dildar mənə,Eyləməz eylədigin dideyi-xunxar mənə.
Nə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməzNə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməz,Qiyamətdir məgər, bir qasidi-nikusiyər gəlməz?
Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər ondanNə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər ondan,Nə rüxdür bu ki, abü rəng alır külbərgi-tər ondan.
Nola gör saxlar isəm təndə dilü cani əzizNola gör saxlar isəm təndə dilü cani əziz,Bir pərinindir, onunçün tutaram anı əziz.
Poems by other poets
Ey yar vəfadarım,Didarına müştaqəm,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.