Nə qədər cövrü cəfa eyləyə dildar mənə
Nə qədər cövrü cəfa eyləyə dildar mənə,Eyləməz eylədigin dideyi-xunxar mənə.
Gah-bigah baxıb xalü xəti-mişkinə,Eylədi ruzi-cahantabı şəbi-tar mənə.
Dün gecə xabdə çox mari-siyəh tutmuş idim,Odur əl verdi bu gün türreyi-tərrar mənə.
Gözlərindən məni-bədbəxt bir asayiş yox,Uddurur qan gecələr ol iki bimar mənə.
Çarə yoxdur, bilirəm, ləli-ləbin xəstəsinə,İçirir badeyi-gülgun genə naçar mənə.
Bir zaman təndən oxun tarı üçün çəkmə, təbib,Görsün əğyar ki, yarın nəzəri var mənə.
Dedilər qönçə bilir sirri-dəhanın, əmma,Nə qədər sordum isə qımadı izhar mənə.
Şükr-lillah ki, görəndən bəri ol sərməsti,Etməyib tənü təərrüz gülən ağlar mənə.
Tiğinə qıymadı, mən ölməyimə şakir idim,Həqqə baxsın, deməsin kimsənə biar mənə.
Üzünə pərdə salıb ol məhi-bimehr deməz,Mahilə mehr olub aşiqi-didar mənə.
Qalmışam badiyeyi-qəmdə, kimim var, Zakir,Didəvü dldi həmin munisü qəmxar mənə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ne-qeder-covru-cefa-eyleye-dildar-mene
Use ← → keys to move, R for a random poem
More by this author
Vurub dün bərgi-gül həmrənglik lafın dodağilə,Səba torpağə salmış, hər yetən tapdar ayağilə.
Qatdım əsir zülfi-pərişanə könlümüQatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.
Qeyr üşşaqə edən rəhmi nigar eməz imişQeyr üşşaqə edən rəhmi nigar eməz imiş,Mütləqa sərzənişi-qeyrdən ar etməz imiş.
Dəmadəm bəhs edir bülbül mənmlə xürdədanlar təkDəmadəm bəhs edir bülbül mənmlə xürdədanlar tək,Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək.
Poems by other poets · Love
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Sənin dilindənİllərlə bir eşqin cövrünü çəkdik –Ayrılsaq, gün sönər, il qınar bizi.
ستاره سوخته عشق را پناهی نیستدر آفتاب قیامت گریزگاهی نیست