Qeyr üşşaqə edən rəhmi nigar eməz imiş,Mütləqa sərzənişi-qeyrdən ar etməz imiş.

Desələr ki, qəmi-hicrində filan biçarəSəxt rəncurdur, ol suyə güzar etməz imiş.

Əhdü peyman edərmiş, vəli üşşaqi ilə,Ani-vahid sözünün üstə ğərar etməz imiş.

Bir düşən silsileyi-qeydinə gülçöhrələrin,Bir də meylü həvosi-zülfü üzar etməz imiş.

Mən dedim ahü fəğan eylər o mahə təsir,Ah kim, ah pəriveşlərə kar etməz imiş.

Yadi-rüxsarı ilə əzmi gülüstan etdim,Seyri-gül dəfi-qəmi-arazi-yar etməz imiş.

Kaş bədhalü bədətvar olaydın, Zakir,Çünki hal əhli ilə dövr mədar etməz imiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love