Ey sevdiyim, səndən cüda düşəli,Nə səbrü sükunun, nə taqətim var.Sənsən sözüm, fikrim, zikrim, xəyalım,Sanma ki, bir özgə hekayətim var.

İkisi birləşib zülm edib mana,Güvah yox arada, qorxuram dana;Üz görmə, sultanım, gəlmişəm sanaMərdümi-çeşmindən şikayətim var.

Eyib yoxdur ətvarında, xuyində,Şirin söhbətində, göftüguyində,Qoyuban getmədim canı kuyində,Şərməndəyəm, səndən xəcalətim var.

Badi-səba, dəymə yarın zülfünə,Pərişan eyləmə xatirim yenə.Bəlkə nəsib ola yetişə mənə,Onda könül adlı əmanətim var.

Tab etməyib keşa-keşi-sövdayə,Fərhad dağa qaçdı, Məcnun səhrayə,Şikəstə Zakirəm, cövrü cəfayə,Onlar tək deyiləm, dəyanətim var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love