Ey sevdiyim, səndən cüda düşəli,Mənəm gecə-gündüz əzab içində.Qan-yaş töküb sızıldaram, yanaram,Necə ki, atəşin kəbab içində.

Tək yaradıb səni vahidi-yekta,Şəhdi-müsəffadır cismin sərapa;Tər sinədə bəyaz püstanın guyaÇeşmeyi-kafurun hübab içində.

Çeşmin keyfiyyəti, ey qədri ali,Salıb meyxanəyə yüz qiylü qalı;Qara çarqat içrə rüxsari-aliGörən der: günəşdir səhab içində.

Görməmişəm sənin kimi məhvəşi,Gözləri afəti, hüsni dilkeşi,Bənzər ləbin üzrə xali həbəşiDaneyi-əngurə şərab içində.

Kuyindi Zakirin Darüssəlamı,Heç kimsənin yoxdu belə məqamı.Kakilin hədisi, zülfün kəlamıŞərhi-Mütəvvəldi kitab içində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love