Gecə-gündüz gözüm, könlümQan-yaş tökər yar əlindən,Baş alıb gedim nə yanaBu iki xunbar əlindən.

Müddətdi, can idi xəstə,Səngi-sitəmlə şikəstə;Tapşırdım nərgisi-məstə,Qurtardım bimar əlindən.

Düşmüşdü dili-divanə,Dami-zülfi-pərişanə,Aldı bir şəkl ilə şanəTurreyi-tərrar əlindən.

Məşhər günü pirü novrəs,Şikayət edəndə hər kəs,Bəlkə deyəm, ey dadrəs!Dad çeşmi-xumar əlindən!

Boynu buruq kəsib yanın,Həmin ki, ola qurbanın,Gəlməz Zakiri-şeydanınBundan qeyri kar əlindn.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets