Bəhri-bəlayə qərq oldum,Dişi durdanədən ayrı.Yanmaqda məni bilməyinOda pərvanədən ayrı.

Saqi, məni namuradəDərdi-sər vermə ziyadə;Hərgiz içərəmmi badəÇeşmi məstanədən ayrı?

Xəbər alsan mürği-canı,Tari-mudur aşiyanı;Bir-bir zülfü-pərişanıDolanır şanədən ayrı.

Sevdiyim məni dağ eylər,Qeyr ilə ittifaq eylər,Hər zaman seyri bağ eylərMəni-divanədən ayrı.

Öləndə Zakiri-xəstəNövcavanlar dəstə-dəstəGəlməsin qəbrimin üstə,Deyin, cananədən ayrı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love