Dəmadəm bəhs edir bülbül mənmlə xürdədanlar tək,Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək.

Əsib badi-müxalif, sındırıb nəxli təmannamı,Dolannam zarü sərgərdan cəfakeş bağbanlar tək.

Görünməz bir əsər dövri-rüxündə tari-zülfündən,Yatıb gündüz gəmingəhdə, gecə karvanvuranlar tək.

Mənə bu zəfü bihallıq, saqınma, parlikdəndir,Gözün fikri məni yornuq salıb ahuqovanlar tək.

Eşitmiş xəstəhaləm, göndərib şux qəmzə peykanın,Tutar gəh-gəh rəngi-canı təbibi- mehribanlar tək.

Dili-divanə müddətdi gedib, başımdan olmuşdu,Genə zalim bu gün çıxdı bəlayi-nagəhanlar tək.

Şikəstə Zakirəm, ey məh, rüxü zülfün xəyaliləDəmadəm piç-piç ollam, oda düşmüş ilanlar tək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love