Könül, uyma bivəfayə
Könül, uyma bivəfayə,Axır səni xərab eylər;Salıb eşqin atəşinə,Cigərini kəbab eylər.
Dil bağlama bir dilbərə,İstər yolunda can verə.Beş gün keçməz, əbəs yerə,Görərsən, inqilab eylər.
O zaman ki, dönər üzü,Bəhanəli olar özü,Açar, çəkər, iki sözüUzadıb bir kitab eylər.
Onlarda olmaz, müxtəsər,Mehri məhəbbətdən əsər.Sənə biganədən betərCəfa verib əzab eylər.
Zakir, sevən kəs novcavanGərək eyləyə imtəhan.Sonradan olur peşimanHər kimsə ki, şitab eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-konul-uyma-bivefaye
Use ← → keys to move, R for a random poem
More by this author
O viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Qalmadı bir ovuc qəllə, biz acıqQalmadı bir ovuc qəllə, biz acıqQurtulubdi bu afətdən o Dızaq,
Poems by other poets · Love
Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin,Söyləsin bülbül üçün bağü gülüstan xəbərin.
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
Şe'r inciləriFirişteyi-ilhamə*Gözəlliyin sənə bəxş eyləmişdir istiğna,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.