Nazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna

Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən

Belə ki, mən bəyzadələrdən və əsl ocaq sahiblərindən varam. Özüm də 65 sinni təmam eləmişəm. Hənuz məndən xilafi-zabitə iş baş verməyib və dəftərxanalarda mənim adıma bihesab mərqum deyil. Nəhayət şimdi bir il təmam olur ki, Şuşa şəhərinin Uyezdni naçalniki knyaz Tarxan Mourovov öz ixtiyaratının zoru ilə və polkovnik Cəfərqulu ağanın təhriki ilə bicürmü günah və bitəhqiqi məratib məni və mənə təəllüq Xındıristan kəndini təxminən yeddi yüz atlı ilə ki, o cümlədən Cəfərqulu ağa olsun, bir növ taxtü qarət ediblər ki, tamam ac və möhtac qalmışıq və o zülmlər ki, bizlərin başına gətirib əvvəldən axıra heç bir kəsin başına gəlməyib. Əvvəla, mənə xəlayiq içində ruberu föhşlər deməklə mənim nəcabətimi bilmərrə itirib; ikinci, mənim və övladımın on doqquz baş əyalımızı həddən ziyadə bihörmətlik ilə Şuşa şəhərinə zəval aparıb, hənuz o cümlədən mənim oğlum Nəcəfqulu bəyi və qardaşım oğlu İskəndər bəyi bicürmü günah qanunsuz bu ərzi-müddətdə məhbus etmək ilə bizləri həddən zyadə borclu edib. Ona binaən mən iki tuğra ərizə Şamaxı qubernasına və bir tuğra ərizə dəxi canişin həzrətlərinə dörd ay üç həftə olur ki, pişnihad etmişəm. Hənuz mənə rizamendlik hasil olmayıb. Şimdi sizin ədalət və mürüvvətinizə ümmidvar olub dördümcü ərizədir ki, pişnihad edib istida edirəm ki, Allah-taala xatirinə bir nəfər özünüz etibar edən çinovnik təyin buyurasız ki, naçalnik-vilayətin ixtiyaratı və tərəfgirliyi mənzur olmayıb Qarabağ vilayətinin əraminə və islamiyyə xəlqindən and ilə təhqiqi-məratib olub həqq olan tərəfə rizalıq mərhəmət oluna. İnsaf, mürüvvətdən uzaqdır ki, bitəhqiqi-məratib və bicürmü günah həmin iki nəfər əşxasın zoru ilə ki, cənab knyaz və cənab Cəfərqulu ağa olsunlar, bir ocaqi-qədim xərab və bir silsilə bədbəxt və bir kənd viran olsun.

Bavücudi in ki Xındıristan kəndi kimi Qarabağ vilayətində kəsbkar, füqərə kənd yoxdur və mənim kimi fəraqət və öz halı ilə dolanan adam yoxdur. Mənim bu ərzimin doğruluğunu bundan bilmək olur, sabiq dəftərxanalarda mənim və mənə təəllüq rüəyalərin həqqində bir xilafi-zabitə iş mərqum deyil və bilfeil hərgah təhqiqi-məratib oluna əhli-vilayətdən bir nəfər şikayətmənd adam tapılmaz. Məgər ki, şol iki nəfər əşxasın ixtiyaratı ilə və tərəfgirliyi ilə bir para adamlar böhtan demiş olalar. Bu zülmlər ki, bizlərin başına gəlib əlaniyyə gərək Cəfərqulu ağaya və onun qardaşlarına təəllüq Şükürağalı obasının xəlqinə olaydı. Belə, mən doğruluq ilə şol obanın əhlinin şol həramzadə Behbud ilə əlaqələrin və çörək verib mühafizət etməyin iyun ayının 24-də və iyul ayının əvvəlində Şamaxı qubernasına pişnihad etdigim ərizədə müfəssəl qeyd etmişəm. Ümmidvaram şol iki nəfər əşxaslar öz zor qüvvələrinə xatircəm olub mən dövləti-aliyyənin ədalət və mürüvvətinə və zakonuna xatircəm olmağıma görə öz təmənnamdan məyus olmuyam. Padişahi-aləmpənahın biriya və qədimi-daim olan zakonu ilə və ədaləti ilə rəftar oluna.

Təhrirün: fi 24 mehr oktobr 1850

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire