Müəttər zülfünün həsrətin çəkən
Müəttər zülfünün həsrətin çəkənGül iyləməz, müşkü ənbər istəməz.Camalın müştaqı baxmaz günəşə,Üzün sevən bədri-ənvər istəməz.
Canü dili bəslər idim, sevərdim,Tapşırıb cananə azala dərdim;Qoşub bir-birinə bu gün göndərdim,Bilməzəm, o bədxu istər, istəməz.
O şahibaz gözlərini görəndə,Uçar mürği-ruhum, durmaz bədəndə;Dilin soran baxmaz nabatə, qəndə,Ləbin əmən şəhdü şəkkər istəməz.
Əlhəzər yay qaşın şux peykanından,Vurar, yıxar, etmək olmaz yanından;Gözəl sevən gərək keçə canından,Canını istəyən dilbər istəməz.
Həddi yoxdur məndə cürmü günahın,Həm müqəssirinəm, həmi güvahın,Zakirin qətlinə bəsdir nigahın,Əl vurma, qəbzei-xəncər istəməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-muetter-zulfunun-hesretin-ceken
Use ← → keys to move, R for a random poem
More by this author
Həddən aşıb bu viladə şərarət,Hər kim bir iş görə puluna minnət.
Qadir Allah səbəb salıb arayaQadir Allah səbəb salıb araya,Sevdiyim, ixtilat qatmaq çağıdı.
Məşşatə gözünə sürmə çəkəndəMəşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Poems by other poets · Love
Ey ağalar necə olurHalı yardan ayrılanın
گرت هواست که در دیدهای جهان بنماییچنان که هستی باید که آنچنان بنمایی
عشق در بند گران است از وفای خویشتنبید مجنون است خود زنجیر پای خویشتن
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?