Nə zülmlər qaldı mənim həqqimdə
Nə zülmlər qaldı mənim həqqimdəEyləməmiş o bivəfa, görəsən?Yandığına görə alovlarına,Hələ, barı beş gün səfa görəsən.
Yaslandım dərində bir neçə müddət,Bir zaman müyəssər olmadı xəlvət;Vüsalında mümkün olsa fərağətSəhldir hicrində cəfa görəsən.
Qəm evində paybəstə olduğum,Halpərişan, dilşikəstə olduğum;Bəstəri-möhnətdə xəstə olduğum,Deyən varmı biinsafa, görəsən?
Nazlı dilbər özgələrə ad olsa,İşim, gücüm nalə olsa, dad olsa,Dəli könül dost kuyindən yad olsa,Kəsilərmi bu qafqafa, görəsən?
Zakir, hər yetənə özün uduzma,Dərdü qəm çərisin dövranə düzmə,Əbəs yerə cəfa çəkmə, can üzmə,İnanma, xublardan vəfa görəsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ne-zulmler-qaldi-menim-heqqimde
Use ← → keys to move, R for a random poem
More by this author
Yox məndə bəs ki, tabü təvan hicr dağına,Çarə budur: yıxam özümü xüm ayağına.
Kəmali-hüsn ki, sane o sərvi-nazə verəKəmali-hüsn ki, sane o sərvi-nazə verə,Dəxi nə hacət ona bir də zibi-qazə verə?
Kim varıb kuyinə ol qaməti-rənayə baxarKim varıb kuyinə ol qaməti-rənayə baxar,Elə bilsin ki, girib cənnətə, tubayə baxar.
Könlüm quşu seyd oldu gözü qaş arasındaKönlüm quşu seyd oldu gözü qaş arasında,Qanlar düşəcəkdir iki yoldaş arasında.
Poems by other poets · Love
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.
İlqarNigara*Mən bayquş olub
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?