Könlüm quşu seyd oldu gözü qaş arasında
Könlüm quşu seyd oldu gözü qaş arasında,Qanlar düşəcəkdir iki yoldaş arasında.
Sədparə dilin hər itinə parəsi düşdü,Təqsim ola yəğma necə ovbaş arasında.
Bak eyləməzəm səngi-cofadən eşigində,İncirmi vətəndən, kəs ola daş arasında?
Sərçeşməyi-çeşmimdə ləbin əksidi bilməm,Ya xuni-cigərdirmi gəlib yaş arasında?
Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmmaVar külli kəşakəş hələ nəqqaş arasında.
Köksün çıxarıb gül pirəhondən o nigarın,Əmib-əmib, ondan qoyasan baş arasında.
Zakir, belə avarəvü heyran qalınca,Ölüb qala idin oların kaş arasında.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-konlum-qusu-seyd-oldu-gozu-qas-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Ey bimürvət, məni cana yetirdin,Bunca cövrü cəfa birdən olurmu?
Ey qönçədəhanım, tazə-tərlikdəEy qönçədəhanım, tazə-tərlikdəNə gül həmta olub, nə lalə sənə.
Ey əndəlib, səndə bu nə qanunduEy əndəlib, səndə bu nə qanundu –Fəğan çəkmək növbaharı görəndə?
Ey yığılan canlar, minnət eyləyinEy yığılan canlar, minnət eyləyin,Dursun, o gözəllər şahı oynasın.
Poems by other poets · Love
بهتر است از گل یقین است این که گفت و گو ندارد
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür