Ey əndəlib, səndə bu nə qanundu
Ey əndəlib, səndə bu nə qanundu –Fəğan çəkmək növbaharı görəndə?Əgər ki, mətləbin gül görmək isə,Kirisnə gülüzarı görəndə.
Bu necə adətdir, bu necə ərkan,Əyyami-vəsldə çeşmin tökər qan;Firqətdə vacibdir aşiqə əfğan,Sakit olmaq gərək yarı görəndə.
Pərvanə də sən tək şəmə maildi,Hər necə ki, zülm eyləsə qaildi;Nalən bihudədi, əqlin zaildi,Günah yoxdu səni karı görəndə.
Nalə çəkib bülbül dedi: ey pesər,Ərkani-eşqdən olan bixəbər;Mümkündür aşiqə dincəlmək məgərGül ilə həmsöhbət xarı görəndə?
Ey dilbəri-sadə, şuxi-növrəstə,Başın üçün, gəzmə qeyri hovəsdə;Qədimi qulundur Zakiri-xəstə,Məhəbbət et ona, barı, görəndə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ey-endelib-sende-bu-ne-qanundu
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dəvə, bir ilan, bir də tısbağaYoldaş olmuşdular mundan sabiqa.
Mən sənə aşiqi-giriftarəmMən sənə aşiqi-giriftarəm –Nə qədər dövri-fanidə varəm.
Nə gözəl mövsümi xoş dövrandırNə gözəl mövsümi xoş dövrandır,Hər tərəf dəştü çəmən əlvandır.
Ey sərvqədü səmənüzarım!Ey sərvqədü səmənüzarım!Qəhri çoxü mehri az nigarım!
Poems by other poets · Love
Çəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mələkim, nədir o?Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.