Xain yoldaşlar haqqında
Bir dəvə, bir ilan, bir də tısbağaYoldaş olmuşdular mundan sabiqa.
Xanəyek müttəfiq, yekdil, yekcəhət,Yox idi arada bir sirri-xəlvət.
İkisinin əkli rig ilə torpaq,Dəvənin töməsi giyahü yapraq.
Gəzərkən tapdılar bir girdə çörək,Dedilər, aparıb mənzildə yeyək.
Nəhayət, bunların kini var idi,Muzi idi, çünki hiyləkar idi.
Bir-birinə dedi: “bizə nə lazımKim, belə axmağa olaq mülazim.
Həmi yerdən yeyir, həmi həvadən,Yalvarıb bir çörək alaq xudadən,
Aparıb onunla üç yerə bölək,Aldadarıq, qalar özümüzə əppək”.
Muzilər qoydular binayi-möhkəm,Dəvəyə dedilər: “ey yaru həmdəm”,
Həqqi bu kim, üç gündü binaharıq,Görürsən nə gunə olmuşuq arıq.
Tapdığımız həmin bir girdə nandı,Gər üç yerə bölək, haman hamandı.
Məsəldir: bir paydan bir kişi doyar,Gər bölünə – ikisin də ac qoyar.
Yaxşı odur, bunu yesin birimiz,Dost-düşmənə faş olmasın sirrimiz.
Olsun şol yeyənin tabü təvanı,Ara yerdə nahəq çıxmasın canı.
Əlbəttə yetirir qasimül-ərzaq,Qoymaz bizi acü susuz qınlaq”.
Dedi: “nə desəniz mənis sözüm yox,Həq bilir ki, özgə payda gözüm yox.
Püşk atsanız əgər, raziyəm püşgə,Qoy düşsün düşəcək hər kimə kişgə”.
Dedilər: “nə lazım püşk alaq ələ,Şükr olsun xudaya, münsifik hələ.
Hər kəs öz yaşını eyləsin izhar,Gördük birimizin artıq sinni var –
Cahıllar əl çəksin o binəvadən,Nəsibin istəsin bari-xudadən.
Şol qocaya olsun ta inki qüvvət,Bəlkə yol bacara bir neçə müddət”.
Dəvə qaldı labüd laəlac, naçar,Dedi: “Özüz bilin, ixtiyarız var”.
İlan tısbağaya dedi: “Ey rəfiq,Əvvəl de, sənindir həm yol, həm təriq”.
Dedi: “daş başıma, küllər gözümə,Bavər edən olsa mənim sözümə.
Ol xaliqi-yekta həyyü-ləmyəzəlİycadi-adəmə qoyan vəqt əl,
On-on beş yaşında hazır idim mən,Bir əcəb məkanda tutmuşdum vətən.
Gördüm ki, Adəmə can verdi Allah,Mən dedim qurtardım, indi bismillah!”
Həqdi, dil-dodağın çeynədi üştür,Saribani-qəza dedi ki, diş dur!
Ondan sonra növbət yetdi ilanə,Gətirdi siinnini şərhü bəyanə,
Dedi: “ey biçarə, uşaq imişsən,Bəs neçün olubsan ha böylə kühən?
Ol zaman ki, həyyü qadiri-muxtarİstədi ki, yer-göy ola bərqərar,
Adəm harda idi, Həvva kim idi?Məlaiki-ərşi-əla kim idi?
Bir xaliqin özü, bir mən var idim,İndi belə görmə, bir minar idim.
Müruri-zəmanın evi yıxılsın,Mənim kimi xanimanı dağılsın.
İndi mari-çubə həmtasiyəm mən,Həq bilir ki, mütləq tanımaz gören”.
Dəvə zahir edib bir nimxəndə,Dedi: öz yaşımı deyərəm mən də”.
Götürüb ağzına yerdən çörəyi,Başladı ahəstə tər göyşəməyi.
Dedi: “ey mədəni-hədyanü kəzaf!Bu söz ilə dəvə uşaq imiş saf...”
Lazımdır şol yerdə bu növ misalNəsihət eyləsin xəlqə əhli-hal.
Özündən böyüyə etsə xəyanət,Ac qalır, etməsin, əlbət, səd əlbət.
Bir adam ki, qoya hiylə binası,Aqibət özünə dəyər xətası.
Yoldaş yoldaş ilə xədəng nisbət,Düz gərək ta ruzi-həşrü qiyamət.
Əgər əyri ola dərüni, çün yay,Kirişi qırılıb axır olur zay.
Müşküldü nəzm etmək hər belə nəsri,Əfv eyləsin arif gər olsa kəsri.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-xain-yoldaslar-haqqinda
Use ← → keys to move, R for a random poem
More by this author
Əziza, mən sənə bir cilqiyi-şəhanə göndərdim,Əcayib töhfədir, mən həm əcəb oğlana göndərdim.
Məhəmməd bəyəEşitdim nameyi-mehrü məhəbbətYetişir daima Pəridən sənə.
Məhəmməd bəyəNəzmi-şəkərbarın gəldi yetişdi,Ay Qasımın püştü pənahı Məmməd!
Rus vəliəhdinəQafqaz canişininə*Ey vəliəhd, sənə lütfi-xuda yar olsun,
Poems by other poets
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Sən məniA bimürvət, firqətindən xəstəyəm,Çəkirsən zülfünlə dara sən məni.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.