Ey sərvqədü səmənüzarım!
Ey sərvqədü səmənüzarım!
Qəhri çoxü mehri az nigarım!
Çeşmi-siyəhindən ayrı olmuş
Zülfün kimi tirə ruzigarım.
Bu rəşkdən ölməyimmi, – yoxdur
Bir muca yanında etibarım.
Yanmaqdı misali-şəm hər şəb
Ta sübh olunca şüğlü karım.
Gülçin kimi dolar dəmadəm
Gülgun sirişk ilə kənarım.
Əzmi-səri-kuyin eylərəm ki,
Edəm sənə şərh hali-zarım.
Gördükdə soni gedər əlimdən.
Nə sud, inani ixtiyarım.
Müşküldü bu hal ilə dolanmaq,
Yeksər kəsilib rəhi-mədarım.
Çək tiğini bir səvab eylə,
Öldür, bu əzabdan qurtarım.
Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!
II
Bir vəqt bizimlə həmdəm oldun,
Təskindehi-möhnətü qəm oldun!
Mən zar olanda, sən doxi zar,
Mən xürrəm olanda, xürrom oldun!
Zəxmi-dili-biqərarə əlhəq,
Bir neçə zaman mərhəm oldun!
Bilməm, sənə sonradan nə oldu,
Kim, böylə bizimlə dərhəm oldun!
Yadlar ilə söhbət etdin ağaz,
Hər gəh mənə yetdin əbsəm oldun!
Gördükdə məni bəxilü mümsik,
Əğyarı görəndə Hatəm oldun!
Adəm ki, deyildin əvvəl, ey məh,
Ta kim, məni tapdın adəm oludun.
Yıxdın evini o gün ki, getdin,
Hər bisərü payə məhrəm oldun!
Yoxdur xəbərin hənuz özündən,
Rüsvayi-təmami-aləm oldun!
Ey dilbəri-xoxüramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!
III
Hərçənd kəminə bir gədayəm,
Ey şah, səninlə aşinayəm.
Müddətdi dərində pasibanəm,
Bir ömrdü xadimi-sərayəm.
Hər hökm ki, eyləsən, mütiəm,
Hər zülm ki, eyləsən raziyəm.
Bicürmü günah etmisən dur,
Avareyi-vadiyi-bəlayəm.
Gəl, gör ki, diyari-qürbət içrə,
Nə növ əsirü mübtəlayəm.
Tərsayə rəva deyil bu bidad,
Lillahül-həmd parsayəm.
Sən həm dəxi bəndeyi-xudasən,
Mən həm dəxi bəndeyi-xudayəm.
Salmış məni möhnətin ayaqdan,
Tut gəl olimi ki, binəvayəm.
Bir yarı-müvafiqü qədiməm,
Bir müxlisi-xasü biriyayəm.
Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!
IV
Bipərdə durub oturma, ey yar,
Çək pərdəyə nəğmə kimi rüxsar.
Gün mübtəzəl olmaz idi öylə,
Gündə özün etməsəydi izhar.
Bizdən ki, usandın eybi yoxdur,
Bir aşiqü-safü sadiq axtar.
Hərcayilər iələ ülfət etmə,
Zinhar, hezar bar zinhar!
Axırda olursan öylə biqədr,
Olmaz sənə hiç kim xiridar.
Alma yüz ola ləzizü xoştəm,
Almaz zədə alsa əhli-bazar.
Naəhl ilə həmnişin olma,
Ey iki gözüm, yaman olur ar.
Dildən dilə düşməsin fəsanə,
El ağzını bağlamaqdı düşvar.
Vəhmim budu kim, keçə iş işdən,
Səndən ola qovmü xiyş bizar.
Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!
V
Hə canibə su tək axma, ey gül!
Mütləq yünül olma, qədrini bil!
Məlum əgər olmaya həqiqət,
Sövdayi-məcazidən nə hasil?
Cana, sənə üç əmanətim var:
Oldur biri – olma şəmi-məhfil.
Biganələrin evinə getmə.
Getsən qayıt, eyləmə təğafil!
Sani bu ki – meyli-şövhər etəsən,
Hər nakəsü dunə olma mail.
Nadan ilə həmrəh olmaq asan,
Yol getməyi leyk soxt, müşkil.
Salis bu ki – Zakiri həzindən
Madami-həyat olma qafil.
Yad eylə o bikəsi düşəndə,
Divanəsini unutmaz aqil.
Saditqədəmi-rəhi-vəfadır,
Haşa verə səndən özgəyə dil.
Ey dilbəri-xoşxuramü bədxu,
Tərk eylə bu rəsmi, xoş deyil bu!
%% Məişət şeirləri
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ey-servqedu-semenuzarim
Use ← → keys to move, R for a random poem
More by this author
Sevdiyim, gələ-gör bahar fəslidir,Könül istər gəzə bağı səninlə.
QurumsaqGörsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Gövhər ağayaEy gövhəri-pakizeyi-dəryayi-lətafət,Vey kani-həqayiq!
Poems by other poets
Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,