Ey qönçədəhanım, tazə-tərlikdəNə gül həmta olub, nə lalə sənə.Gərək gözlərinə millər çəkiləHər kim desə vəhşi qəzalə sənə.

Məclisi-şahanə edəndə bərpa,Düşər əl-ayağa sağərü səhba,Dərgahına saqi eylər iltica,Baş əyər sürahi, piyalə sənə.

Qan tökər sübhü şam gözüm mərdümi,Al eylər dəmbədəm ruyi-zərdimi,Yalvarıb yapışa, deyə dərdimi,Tapşırmışam badi-şimalə, sənə.

Açanda zülfündən bəndü bağı sən,Porişan eylərsən ittifaqı sən.Can alansan, həramisən, yağısan,Heç kafər olmasın həvalə sənə.

Zakir, nə çəkirsən münca intizar,Yad eyləyə səni mümkün deyil yar;Nə qədər ki, sağdır qoyarımı əğyarYetişə ol şahdan növalə sənə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern