Ey bimürvət, məni cana yetirdin,Bunca cövrü cəfa birdən olurmu?De görüm ki, neyləmişəm sənə mən,Azürdəlik əbəs yerdən olurmu?

Gözlərin nərgizə verib ozabı,Ləbin xəcil eylər şərabi-nabı,Üzarın ərəqi, hüsnün gülabıYasəməndən, güli-tərdən olurmu?

Bəstəri-möhnətdə xəstəhalam mən,Təbiblərdə yoxdu dərdimi bilən;Göz yaşilə namə yazsam, görəsən,Bizə çarə o dilbərdən olurmu?

Yeridikcə eylər o şuxi-şəhbazAl çarqatın ucu havada pərvaz;Belə işvə, belə qəmzə, belə naz,Belə qamət, belə gərdən olurmu?

Gözəl olan gərək dünyadə möhkəm,Unutmaya yarın bir saat, bir dəm,Səg rəqib sözilə, sevdiyim adəm,Zakir kimi süxənvərdən olurmu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love