Əyyami-zimistan keçdi, sevdiyim!
Əyyami-zimistan keçdi, sevdiyim!Dur seyr elə, işrət baharıdır bu!Rəna qamətinə baxıb xəlayiqDesinlər ki, kimin nigarıdır bu?
Sübhədən qol-boyun yatmaq çağıdı,Dərdü qəmi kənar atmaq çağıdı,Gəl savaşma, alıb satmaq çağıdı,Keçirmə, məhəbbət bazarıdır bu.
Can quşun, ey əcəl, arasan təndə,Onun hökmü nə səndədir, nə məndə;Qaçıb daldalanıb künci-bədəndə,Bir laçın gözlünün şikarıdır bu.
Hər aşiq ki, gəlsə səri-kuyinə,İlişir yüz yerdən tari-muyinə.Könül çox dolanır dövri-ruyinə,Heç deməz, harami güzarıdır bu.
Əmanətim budur, Aallahı sevər,Nəşimi yol üstə dəfn eyləsinlər.Ötəndə, keçəndə vəfalı dilbər,Desin Zakirimin məzarıdır bu!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-eyyami-zimistan-kecdi-sevdiyim
Use ← → keys to move, R for a random poem
More by this author
Qadir Allah səbəb sala araya,Gənə dost kuyinə yollar açıla.
Dərdbilməzlər qınar məni, heç deməzDərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.
Dilbər, neyləmişəm, nədir günahımDilbər, neyləmişəm, nədir günahım,Baxar mənə özgə sayaq gözlərin.
Dilbər sən gedəndən bəri könlümünDilbər sən gedəndən bəri könlümünNə səbri, sükunu, nə qərarı var.
Poems by other poets · Love
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Füzulini dinlərkənBir şairi biyqədir həzinəm, əgər ölsəm,*Min təzkirə təhrir edəcəklər kəfənim.*
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım