Dilbər sən gedəndən bəri könlümünNə səbri, sükunu, nə qərarı var.Kimdir mənim kimi ellər dəlisi?Hər kimsənin öz boyuna karı var.

Yar məgər yarını yadına salmaz?Arayıb axtarmaz, qəminə qalmaz?Haçan can dilədin, mən dedim: – olmaz?Yalan demə, üstümüzdə tarı var!

Həmdəmi olmayan pərişan gəzər,Əlləri qoynunda, bu nişan gəzər,Əgər gəda olsa, alişan gəzərHər kimin ki, bir vəfalı yarı var.

Gəzəsən aləmi, cümlə-cahanı,Mənim tək tapılmaz binəva, hanı?Vamiqin Əzra tək canı yananı,Məcnunun Leyla tək qəmküsarı var.

Zakir, başdan bəxtin qaradır sənin,Göz tikmə yollara, kimdir gələnin?Bəxtəvər başına o kimsənənin,Gözəllər yanında etibarı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love