Salarə
Mirzə Hüseyn, bir kəs ola vərşikəst,Çox adamlar alır ayaq üstünə.O ki, Kərbəlayi bu binəvanınÇökübdü diz üstə səyaq üstünə.
Xındıristan beş-on evdi kəsbkar,Yerli tayifəsi ağacdan qorxar;Bəyin tatü türkü; tamam nə ki, varÇəkər fəqirlərin çomaq, üstünə.
Fəthü nəsrət deyil müşəxxəs hələ,İt uşağı qoyub börkünü dələ;Hərə bir dəyənək götüürüb ələ,Sanasan sağ gəlir naçaq üstünə.
Bəy hər nə danışsa, danışır döşdən,Koroglu tək beşdən, ondan, on beşdən;Xatircəm olubdu küllühüm işdən,Gəlib neçə gündü dəmağ üstünə.
Dağın o yüzündə bir kəndi Rəbən,Qaqarza, Üçoğlan mülki-müstəhsən.Bir ovuc torpağa göz tikmişəm mənNecə ki, quş qonar budağ üstünə.
Bu dünyanın malı dünyada qali,Dövrü zaman deyil fitnədən xali.Həştadə yetəndə kişinin saliGərək qoya dodaq-dodaq üstüənə.
Azar düşüb camıştıma, malıma,Qan-yaş tökər görən kəslər halıma;Fələk qəm yükünü yığıb dalıma,Bir zad qalmayıb ki, qoyaq üstünə.
Moruğdur hər yerdə dəvası dərdin,Daruyi-şəfası ruxsari-zərdin,Müşkülün həll olmaz, əgər namərdinTutasan sübhətən çiraq, üstünə.
Böyüklük yetənin ağzına gendi,Tut damənin, o ki, qədir bilendi.Deyirlər Nəzrağa qövrə yetəndi,Düşmüşəm tazədən soraq üstünə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-salare
Use ← → keys to move, R for a random poem
More by this author
Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.
Hər yana kim, seyr üçün ol şahi-xuban düşərHər yana kim, seyr üçün ol şahi-xuban düşər,Saya kimi yanana əqlü dilü can düşər.
Hər kimin ki, nəzəri arizi-pürxalə düşərHər kimin ki, nəzəri arizi-pürxalə düşər,Dami-geysulərə pabəstə olub, qalə düşər.
Hüsni-nigar əhli-nəzər afitabıdırHüsni-nigar əhli-nəzər afitabıdır,Qoymaz, nə sud görməyə, geysu səhabıdır.