Dilbər, sən gedəli xəstə düşmüşəm
Dilbər, sən gedəli xəstə düşmüşəm,Gəl gör ki, intizardı can sənə.Ruzigarım qara keçdiyin məgərSöyləməyib zülfi-pərişan sənə?
Müjganların salıb bağrıma zədə,Dözmək olmaz münca dərdi-bihədə.Çəkibsən özünü bürci-Əsədə,Nə nalə yetişir, nə fəğan sənə.
Həsrətin çəkməkdən qan olub cigər,Tərk eylə cəfanı, Allahı sevər!Ahi-səhərimdən asibü zərrə,Qorxuram yetişə, növcavan, sənə.
Görməseydim əgər mehrü məhəbbət,Haşa eylər idim səninlə ülfət!Varə-varə oldun, zalim bimürvət,Əzəldən yox idi bu güman sənə.
Götürüb xublardan dəstəbədəstə,Barı gəl öləndə qəbrimin üstə,Çünki sağlığında Zakiri-xəstəQulluq edib axşam sənə, dan sənə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-dilber-sen-gedeli-xeste-dusmusem
Use ← → keys to move, R for a random poem
More by this author
Aralıda meyü məhbub olmasa,Bahar zimistandan betərdir mənə.
Bağrım şan-şan olur zənbur evi təkBağrım şan-şan olur zənbur evi tək,Gözüm tək, sən gəzən otağa düşər.
Bil ki, bədəsildən yoxdu fayidəBil ki, bədəsildən yoxdu fayidə,Üzəsən canını yüz qabağında.
Bir laçın gözlünün sultani-eşqiBir laçın gözlünün sultani-eşqiKönül şəhrin alıb xeyli zamandı.
Poems by other poets · Love
Hər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.
خدبنا میزد چه رویست آنچنان آراستهوز خیال طلعتش میدان جان آراسته
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.