Bir laçın gözlünün sultani-eşqiKönül şəhrin alıb xeyli zamandı.Sori kuyi Kəbəm, qaşı mehrabım,Müshəfi-hüsnüdür dilimin andı.

Nə üz ilə əl çəkməyim vətəndən,Biganələr kimi baxaram gendən,Ədavət yolilə səg rəqib məndənBimürvətə hər nə dedi, inandı.

Əmanətim budur, ey badi-səhər,Dolanıb seyr elə aləmi yeksər,O üzüdönmüşdən mənə bir xəbərTezlik ilə yetir, cigərim yandı.

Hər yerdə bir təbib eşitdim, vardım,Tapmadım dərdimə dərman, axtardım,Nə mən öldüm bu möhnətdən qurtardım,Nə cövrü cəfadən dilbər usandı.

Cünun olur görən məstanə gözün,Nəməki söhbətin, məzəli sözün;Zakir neçə gündür itirib özün,Əvvəldən bir müddət yaxşı dayandı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love