Bir saat havada qanad saxlayın
Bir saat havada qanad saxlayın,Nizam ilə gedən qoşa durnalar!Qatarlanıb nə diyardan gəlirsiz!Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Mən sevmişəm yarın ala gözünü,Nəsib ola bir dəm görəm üzünü;Yoxsa danışırsız dilbər sözünü,Veribsiniz nə baş-başa durnalar?!
Diyari-qürbətdə müddətdi varam,Gecə-gündüz canan deyib ağlaram,Mən də sizin kimi qəribü zaram,Eyləməyin məndən haşa, durnalar!
Laçın yatağıdı bizim məkanlar,Yavaş-yavaş gedin, sosiniz anlar,Qorxuram toxuna ötən zamanlar,Sürbəniz dağılıb çaşa, durnalar!
Zakirəm, od tutub, alışdı cigər,Var isə canandan sizdə bir xəbər,Təğafül etməyin, Allahı sevər,Dönməsin bağrınız daşa, durnalar!
Задержите на час полет в высоте,Поглядите на скорбь мою, журавли.Вы куда и откуда стремите полет,В облаках величаво трубя, журавли?Здесь, под вами, чернеет разрушенный кров!Пролетайте над ним, как тень облаков!Вы летите над гнездами ястребов,Сберегите в пути себя, журавли!Я, живя на чужбине, надежду таю;День и ночь я о родине слезы лью.Я, как вы, чужестранец в чужом краю,Вдаль я вас провожаю, скорбя, журавли!Я люблю ее пастбища, водную гладь,Хоть бы раз мне лицо ее увидать!Может, вы мне хотите о ней рассказатьШумом крыл и наклоном шей, журавли?Я — Закир! Мне огонь пожирает грудь,Передайте мне весть иль хоть что-нибудь!И сердца, вас ведущие в дальний путь,Пусть не будут грудой камней, журавли!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-bir-saat-havada-qanad-saxlayin
Use ← → keys to move, R for a random poem
More by this author
Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindənTa kim, nəfəsin var.
Ey dil rəvişi-aşiqi pərvanədən öyrənEy dil rəvişi-aşiqi pərvanədən öyrən,Yax atəşə cani.
Ey həmdəm olan ariyəti-hüsnünə məğrurEy həmdəm olan ariyəti-hüsnünə məğrur,Bəsdir, dəxi bidad.
Ey ruhi-rəvan,sən gələli tazətər olmuşEy ruhi-rəvan,sən gələli tazətər olmuş,Dil güləşəni yeksər.
Poems by other poets
Məcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.
Ehtiyacı varİnsan cavanlıqda şərəf-şan gəzir,hər kəsin bir ada ehtiyacı var.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.