Ey ruhi-rəvan,sən gələli tazətər olmuş,Dil güləşəni yeksər.Nəxli-kuhəni-zəfi-bədən bərvər olmuş,Qıl bu sözə bavər.Xərmöhreyi-təbim neçə gündür gühər olmuş,Simi-dəğəlim zər.Əfsürdə vücudum yenə məddi-nəzər olmuş,Çün mahi-münəvvər.Dərdü qəmü möhnət qaçıban dərbədər olmuş,İşdən necə çakər.

Kəsmişdi təmənnayi-rüxün tabü təvanım,Ehmal nə layiq?Dostluqda gərək düst ola munisi-canım,Mərdanəvü sadiq.Bir mən deyiləm hüsnünə heyran, din-imanım!Aləm sənə aşiq.Müştaqdı didarına çeşmi-nigəranım,Ey yari-müvafiq!Əlminnətü-lillah, şəbi-hicran səhər olmuş,Vəsl oldu müyəssər.

Səd şükr, zəxminə pakizə mərahim,Bəxş eylədi gərdun.Əhvali-pərişanıma xoşnud olan adəm,Oldu özü məhzun.Bişübho tərəqqi edəcək şimdi dəmadəmBu talei-meymun.Tutmuşdu könül şəhrini çoxdan sipəhi-qəm,Yox bir nəfər əknun.

Guya olara fəthi-Əlidən xəbər olmuş,Çün mərdümi-Xeybər.Həmərəh sizə bir alinəsəb ərşədi-dövran,Sərdəftəri-əyyam,Haşa ola həmtası onun Rüstəmi-dəstan.İbni xələfi-Sam.Peyvəstə gəzər səhmi-xədəngilə hərasan,Mirrix ilə Bəhram.Ətvarı niku, xülqü gözəl, sahibi-ehsan,Təskindəhi-islam.Odur səbəb ovsafi-kəmalı səmər olmuş,Hər kim görə, istər.

Şamildi tamam aləmə əltafi-şəhənşəh,Yox feyzinə işkal.Heyhat, ola mənzuri-nəzər hər yetən əbləh,Bədkar, bədəfal.Kim görsə, səzavər deyər, dövlətə billah,Polkovniki əlhal.Zakir nə ədalət, nə şücaətdi bu, pəh-pəh!Məhd eylə, məhü sal.Şəhr əhli onun maili növi-digər olmuş,Ey piri-süxənvər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets