Bu bahar fəslində, mürüvvətdirmi,Sevgili yarından göz iraq olsun?Baxıb hər tərəfə, gülüzarınıGörməyib sənəti ağlamaq olsun?

O gedəndən bəri bir məhrəmim yox,Ləzzətim yox, söhbətim yox, dəmim yox;Tamam aləm viran olsa qəmim yox,Tək canan mənimlə ittifaq olsun.

Ey könül, səbr eylə, Allahı sevər,Gəzib dolanacaq aləmi yeksər;Bəlkə yardan bizə verə bir xəbər,Demişəm səbayə göz-qulaq olsun.

Fələk qoymadı ki, görəm rüxsarı,Unutma gahbəgah, yar, səni tarı;Qasid pəyamilə, düşəndə barı,Aralıqda deyib danışmaq olsun.

Dərdü möhnət hücum edibdir mənə,Yetirə gör özün, qulunam gənə.Qorxuram tən edib deyələr sənəZakirin ölübdür, başın sağ olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love