Gözəl çox olur, sevdiyim,Sən nə ziyadə göyçəksən;Zikri-ləbin dəhanımıGətirir dadə, göyçəksən.

Söylədi behiştdən gələn;Sənin tək yoxdu müstəhsən.Əvvəl elə bilirdim mənBizim aradə göyçəksən.

Aşiq alıbdır dörd yanın,Atarsan növki-müjganın,Əsirgəməzsən peykanın,Əcəb üftadə göyçəksən.

İxtilatındır məzəli,Sözündən canlar təzəli,Ellərdi bəzək gözəli,Vəli, sən sadə göyçəksən.

Hədyan söylər öz-özünə,Qatışma onun sözünə;Giribsən Zakir gözünə,Bilməzəm yadə göyçəksən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love