Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.

Kəbə yüzünü görməyə aləm yığılıbdır,Göstər həcərül-əsvədi zəvvarə, amandır.

Tapşır o kamandar qaşına tiri-müjəndən,Suzan sinəmə vurmaya çox yarə, amandır.

Zahid məni öldürdü məlamət eləməkdən,Göstər yüzünü, ta qıla nəzzarə, amandır.

Məntək unuda dini, duta rahi-Məsihi,Səcdə eliyə deyrlə zünnarə, amandır.

Mən canə yetişdim bu qədər cövrün əlindən,Ərzə gedirəm axırı sərdarə, amandır.

Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün,Qoyma gedə biganəyə yalvarə, amandır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Göstər Fəqirə nuri-təcəllayi-cəmalin,Musa kimi ta qalmaya avarə, amandır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love