Bir saat havada qanad saxlayın,Nizam ilə gedən qoşa durnalar!Qatarlanıb nə diyardan gəlirsiz!Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Mən sevmişəm yarın ala gözünü,Nəsib ola bir dəm görəm üzünü;Yoxsa danışırsız dilbər sözünü,Veribsiniz nə baş-başa durnalar?!

Diyari-qürbətdə müddətdi varam,Gecə-gündüz canan deyib ağlaram,Mən də sizin kimi qəribü zaram,Eyləməyin məndən haşa, durnalar!

Laçın yatağıdı bizim məkanlar,Yavaş-yavaş gedin, sosiniz anlar,Qorxuram toxuna ötən zamanlar,Sürbəniz dağılıb çaşa, durnalar!

Zakirəm, od tutub, alışdı cigər,Var isə canandan sizdə bir xəbər,Təğafül etməyin, Allahı sevər,Dönməsin bağrınız daşa, durnalar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets