Aralıda meyü məhbub olmasa,Bahar zimistandan betərdir mənə.Gül görmək dəxi də dərdim artırır,Tamaşayi-gülşən zərərdir mənə.

Saqi, xoş hekayət istərsən əgər,Bir cam ilə eylə damağımı tər.Keyfiyyəti-badə, nəşəyi-sağər,O Cəmşidi-Cəmdən xəbərdir mənə.

Bu qədər ki, vardı dildə iztirab,Ləli-ləbdən özgə söyləmə cavab;Mən özüm bilirəm şərbəti-innabDəfi-hərarəti-cigərdir, mənə.

Ruzi-qiyamətdə var çox əlamət,Ehtiyatım yoxdur ondan nəhayət.Görməsəm, başıma qopar qiyamət,Sərvi-qədin məddi-nəzərdir mənə.

Ey Nəbiyyi-Mürsəl, ey kani-kərəm,Zakirəm, şəfaət səndən istərəm.Bir əməlim yoxdur, onda neylərəmDeyələr tuşeyi-səfərdir mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern