Basdı qədəm başıma sərvi-səhiqamətim
Basdı qədəm başıma sərvi-səhiqamətim,Keçdi fələkdən yenə dəbdəbeyi-rifətim.
Rəhgüzəri-yardə dəfn qılın cismimi,Nəli-səməndi düşüb sikkələnə türbətim.
Can quşu məskən tutub, dəymə, səba zülfünə,Dərhəm olub aşiyan, dağılı cəmiyyətim.
Ol səri-ku itləri içrə yerim var idi,Adəm idim xəlq ara, özgə idi hörmətim.
Niyyətim oldur dönüb başına pərvanələr,Dönsəm əgər başına hasil olur niyyətim.
Pənbeyi-dağı-cünun məhz kəfəndir mənə,Billah ölən vəqtdə kimsəyə yox minnətim.
Deyri-xorabat ara bir sənəmə talibəm,Məscidə yox rəğbətim, minbərə yox taətim.
Qasimi-kəmqismətəm, qasimi-rəzzaqdənDəlq qəba xələtim, nani-cəvin qismətim.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-basdi-qedem-basima-servi-sehiqametim
Use ← → keys to move, R for a random poem
More by this author
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş,
Yar demişdi gələn bayrama gəlləmYar demişdi gələn bayrama gəlləm,Ömür başa yetdi il arasında.
Dost yolunda cəfa çəkdim, can üzdümDost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkanə, ay mədəd!
Bir baxHəddən aşıb bu viladə şərarət,Hər kim bir iş görə puluna minnət.
Poems by other poets · Fate
Zülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Bakılı qızBakılı qız, paytaxtımın gözəlisən,Öz eşqimin, öz bəxtimin əzəlisən.
Dünya, sənin etibarın yox imiş(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,