Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş,

Kibrü qürurdən,-dedi,-en, əvvəl enmədim,Dediyin etdi dövri-zəmanə yavaş-yavaş.

Qovğa günü bəgənməz idim hərbi-Rüstəmi,Zali-fələk gətirdi əmanə yavaş-yavaş.

Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,Avazü-nayü çəngü təranə, yavaş-yavaş.

Eyşü nişatdən soyuyub meylü xatirim,Olmuş füzun ahü fəğanə yavaş-yavaş.

Diş düşdü, ağzım oldu uçuq xanədən betər,Dağıldı dürri-cəncü xəzanə yavaş-yavaş.

Hər qanda bir məh olsa mənə mehriban idi,Mehr etməz indi sahibi-xanə yavaş-yavaş.

Tutub üzümə gedər idim dust kuyinəBir töhfə əldə olsa bəhanə, yavaş-yavaş.

Zakir, kəs iltifatını bu dəhri-fanidən,Təslim eylə cani cananə yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate