Zülfündümü dövri-rüxü-zibayə dağılmış?Ya Çinü Xəta ləşkəri yəğmayə dağılmış?

Ətrafi-ləbi-ləldə xəttindimi,yoxsa,Hind əhli yəmən mülkünə sövdayə dağılmış?

Təni-dəhənin müşt ilə əzmiş sədəf ağzın,Dəndanı sərasər təhi-dəryayə dağılmış.

Rəhzənliyi qəmzən götürüb çıxmış aradan,Maqabi məlahət sərü simayə dağılmış.

Məzmuni-müəmma dəhəninçün füqəhalər,Məcnun-kütübxaneyi-mənayə dağılmış.

Dərda ki, xiridari-qəmin içrə yerim yox,Sövdayi-səri-zülfdə sərmayə dağılmış.

Sərdən gedəli sayəsi ol sərvi-rəvanın,– Biqədr oluban həmərhü həmsayə dağılmış.

Hər yerdə qaragünlü xətadən uzaq olmaz,Gör zülfi-siyəh necə düşüb payə, dağılmış.

Eyb eyləməsin əhli-hünər fikrimə, Zakir,Heyran olalı nərgisi- şəhlayə, dağılmış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love