Mirzə Mehdiyə
Dedim fuladını nərm eləyəsən,Sən eylədin səngi-xarə, əzizim.İnşallah olur ləhaf müsəlləm –Belə keçsə varə-varə, əzizim.
Asi rəyət bəyi yada salırmı,Ağa sözün ... alırmı,Fuladi-bədgühər yumuşalırmıTa düşməyə yalavlarə, əzizim.
Bir ahəngər soyuq döyə dəmiri,Çıxmaz çəkişindən səsi-səmiri.Mühəssilin uzun olsun ömüri,Xub salıb onları darə, əzizim.
Yetişən tək alıb qulluq da yegin,Bizim mülazimə göstərib...Eşşək ki, xamladı götürməz yükin,Gətiriblər bizi zarə, əzizim.
Canə yetdim dərdü qəmü möhnətdən,Qurtarmadım əndişədən, xiffətdən;Başımı götürüb bu vilaiyətdənGetməliyəm bir diyarə, əzizim.
Bundan əvvəlkilər çalışıb hərçəndBir ev tikməyiblər ola dilpəsənd;Sarcalı xəlqini başdan xudavəndYaradıbdır günüqarə, əzizim.
Bizlər kimi bir-birinin bədxahıTapılmaz, gəzəsən aləmi dahı.Onun üçün qəzəb edib ilahi,Xayınik aşnaya, yarə, əzizim.
Gözəl köhlənləri gecə sübhədənMinib, çapıb qulun tökdürür Həsən.Nəsihət eyləyib hərgiz deməsənÇəkib onu bir kənarə, əzizim:
Ey bihəya, həzər eylə xudadən,Usan təqəllübdən, cövrü cəfadən.Peşiman olursan bu macəradən,Yetirirlər sahibkarə, əzizim.
Yenə təzə oğurlanıb bir yabım,Dəxi ziyanlığa qalmayıb tabım;Budur sizə əvvəl-axır cavabım:– Bu işə eyləyin çarə, əzizim!
Qarabaldır xəlqi oğru yatağı,Tapılmaz gəzəsən doğrusu, sağıHamıdan bir kənar, o it uşağıTalan salıb aşikarə, əzizim.
Fəqır-füqəranın qoyunu, malıYarım saat deyil xətadən xalı.Sakit etmişdiniz bu qiylü qalı,Yenə qarışıbdır arə, əzizim.
Baxşıdan görmüşəm mehrü vəfalər,Bizdən yetir ona hədsiz dualər,Xeyirxahəm ona sübhü məsalər,Cahangirü cahandarə, əzizim.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-mirze-mehdiye-2
Use ← → keys to move, R for a random poem
More by this author
Ey qaşı kaman, kipriyi ox, qəmzəsi xəncər,Rüxsari gülgun.
Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindənEy dil, yapış ol Əhmədi-Muxtar ətəyindənTa kim, nəfəsin var.
Ey dil rəvişi-aşiqi pərvanədən öyrənEy dil rəvişi-aşiqi pərvanədən öyrən,Yax atəşə cani.
Ey həmdəm olan ariyəti-hüsnünə məğrurEy həmdəm olan ariyəti-hüsnünə məğrur,Bəsdir, dəxi bidad.
Poems by other poets
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Əlfi QasımovaSevinci özündən oğurlayıb sən,Halalca payladın hər xeyir işə.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum