Dərdbilməzlər qınar məni, heç deməz
Dərdbilməzlər qınar məni, heç deməzDərd ilən doludur döşüm, ağlaram.Çərxin sitəmindən, dövrün zülmündənTökülür dəmbədəm yaşım, ağlaram.
Nə qədər könlümə verrəm nəsihət,Bir zaman eşqdən olmaz fərağət;Nə onda mürvət var, nə məndə taqət,Yaman yerə yetib imiş, ağlaram.
Hər kimsənin olsa bir xeyrü şəri,Gəlib məndən alır idi xəbəri;O qaşları yayı görəndən bəriDağılıbdır əqlü huşum, ağlaram.
Diyari-qürbətdə binamü nişanQalmışam, tapılmaz halım soruşan;Nə bir gələn, nə bir əhval danışan;Yollardadı gözüm, guşum, ağlaram.
Düşəndə yadıma vəfalı dilbər,Sərasər od tutub alışır cigər.Qəm tünlüq, mən yalqız, yüz yana çəkər,Zakirəm, böyüyüb başım, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-derdbilmezler-qinar-meni-hec-demez
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar,Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar,
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas iləBu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
Bu gün ol şuxi-sitəmkarə rəqibdən yaniBu gün ol şuxi-sitəmkarə rəqibdən yaniQıldım izhar qəmü dərdi-dili pünhani,
Vay, yüz min vay kim, qoydu fələk tənha məniVay, yüz min vay kim, qoydu fələk tənha məni,Künci-qəmdə axtara bir kimsə yox qəta, məni,
Poems by other poets · Love
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Sevdiyim(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,