Düşmüşəm çöllərə, ey Leylicəmal
Düşmüşəm çöllərə, ey Leylicəmal,Məcnun kimi səni gördəndən bəri.Cəm olmaz sərimə əqlü kəmalım,Könlümü zülfünə verəndən bəri.
Şirin göftarından ayrı lalam mən,Ümid yoxdu gələn ilə qalam mən;And olsun Kəbəyə, xəstəhalam mənKəbəyi-kuyindən gələndən bəri.
Bir aşiq can ver cananə əgər,Bişübhə behişti-bərinə gedər,Nə könlüm açılar, nə üzüm gülərSəg rəqib dərində öləndən bəri.
Mən deyirdim desəm dildarə qəmi,Əlbət mənə olur lütfü kərəmi;Birə yüz artıbdır cövrü sitəmiDəxi də dərdimi biləndən bəri.
Zakirəm, kəmanə dönüb qamətim,Nə xurdü, nə xabım, nə də rahətim.Gələ gör ki, kəsilibdi taqətim,Yay qışın taqini görəndən bəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-dusmusem-collere-ey-leylicemal
Use ← → keys to move, R for a random poem
More by this author
Xuraman-xuraman seyri-gülşənəAl geyinib çıxma, Allahı sevər;
Heç bilirsən nə cəfalər çəkmişəmHeç bilirsən nə cəfalər çəkmişəm,Uzun müddət yollarında, yar, sənin?
Həqdi, gözəl çoxdu cahan içindəHəqdi, gözəl çoxdu cahan içində,Ola bilməz sənə nisbət hər gözəl.
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar
Poems by other poets · Love
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
ÖldürdüMəni bir qələm qaşlınınNazı öldürdü-öldurdü.
Yar gəldiMövlayə şükr ki yar gəldi,Şirin ləb gül-üzar gəldi,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,