Həqdi, gözəl çoxdu cahan içində
Həqdi, gözəl çoxdu cahan içində,Ola bilməz sənə nisbət hər gözəl.Zərrəcə eybin yox başdan ayğa,Ola bilməz son tək sərasər gözəl.
Müdrik ola, aqil ola əhli-hal,Bilməyə ki, nədir hərgiz məkrü al,Dişi gövhər, ağzı şəkər, dili bal,Dodaqları qəndi-mükərrər gözəl.
Gözəlin bəzisi bədniyyət olur,Qədrbilməz olur, bihörmət olur,O ki, bir parası kəmcürət olur,Çətin ələ düşər dilavər gözəl.
Gözəl olan gərək bizar olmasın,Təmiz-tariq olsun, yassar olmasın,Heç kafər bəndəyə düçar olmasınEv-eşiyi murdar, bihünər gözəl.
Şikəstə Zakirin varı var idi,Öz boynuna şüğlü karı var idi,Xəlq içində etibarı var idi,Əbəs-əbəs saldı dərbədər gözəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-heqdi-gozel-coxdu-cahan-icinde-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!
Qəzəl: Dilərəm atəşi-qəm dildə fərəvan olsunDilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
DüşübdüŞəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.