Hicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.

Könlüm quşunu gör, necə puriztirabdır,Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab?

Dərdi-fəraqinlə tökər əşk gözlərim,Mirab nə etdi boylə ki, təqdir edər gulab?

Zahid məni o mahivəş eşqində mən edər,Pabənd olur o xalu xətti görsə şeyxu şəab.

Et bərkənar zülfünü ol ruyi-mahdan,Ta infəal eyləyə bir goydə afitab.

Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə,Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəvvabi-zarə eşq yolu munhərif olub,Nuri-ruxunlə gostər ona bir rahi-səvab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love