Kuyindən alır daim rövnəq gülü bustanlar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Kuyindən alır daim rövnəq gülü bustanlar,Torpağını ol kuyin təşkil eləyir canlar.
Ruxsarını əks etmiş, sanki gülü bülbül bax,Gülzarda gülər hər gül, bülbül edər əfğanlar.
Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq,Əfsanə kimi gəzdi dillərdə bu dastanlar.
Məşuqə və aşiqçin varlıq ilə sərxoşluq,Həm ruzədir, həm bayram açılsa giribanlar.
Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş,Hər həlqəsinə guya bağlanmada çovkanlar.
Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə,Sığmaz ona bu üzdən səhravü biyabanlar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Saqi, nə gözəl, mey--xoş, əğyar gözündən dur.Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-kuyinden-alir-daim-rovneq-gulu-bustanlar
Use ← → keys to move, R for a random poem
More by this author
Halım etmiş məni həyatdan bizar,Sağlamkan, etmişdir sağalmaz bimar.
Allahım istəsə qurtarram qəmdənAllahım istəsə qurtarram qəmdən,Qəzanın əksinə, şad olaram mən,
Bürümüş tənimi, canımı fəraqBürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.
Odunla alışdı bu can xirmənimOdunla alışdı bu can xirmənim,Min ələm bürüdü qəlbimi mənim.
Poems by other poets · Love
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
ZülfünHər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...