Hər zülmün rahatlıq bəxş edir inan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hər zülmün rahatlıq bəxş edir inan,Şövqindir qəlbimi işıqlandıran.
Hər yerdə cəmalın bir gözəlliklə,Gözlərim önündən çəkilmir bir an.
Qəbulun şübhəsiz bəxtiyarlıqdır,Olmadım lütfündən mənsə kamiran.
Bəs hanı mənzilin, sənə yol hanı?Geriyə qalmışdır bizim karivan.
Nakamlıq özü bir kam oldu bizə,Bu imiş eşqdən bizə ərmağan.
Əlində xəncərdir, ləbində gülüş,Qəribə qatilmiş bizim canalan.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qüdsi, heyrətdəyəm, məni rədd edən,O gözəl olmuşdur indi mehriban.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-her-zulmun-rahatliq-bexs-edir-inan
Use ← → keys to move, R for a random poem
More by this author
Ümidim çoxdur ki, hicran tükənər,Xoş keçər bəlkə bu ömür bir qədər.
Sənsiz rahatlığım yoxdur, a canımSənsiz rahatlığım yoxdur, a canım,Nə şadlıq varımdır, nə xoş zamanım.
Gözəlim bilmədi necəyəm bir azGözəlim bilmədi necəyəm bir az,Kim ona aşiqsə bəxtiyar olmaz.
Tamahla səadət birləşməz inanTamahla səadət birləşməz inan,Tamahkar həsrətdir şadlığa hər an.
Poems by other poets · Love
Söylədi tarixiniOna tapan bir ozan
دمی وصال تو از هر چه در جهان خوشترشبی خیال تو از ملک جاودان خوشتر
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.