Vurub dün bərgi-gül həmrənglik lafın dodağilə,Səba torpağə salmış, hər yetən tapdar ayağilə.

Qalırdım, gizlənib billəh müsəlsəl zülf arasında,Əgər bir hiylə ilə gedə bilseydim dəraq ilə.

Nə hacətdir şəbi-hicran ara hali-dilim sormaq,Bilirsən rövşən olmaz aşiqin bəzmi çiraq ilə.

Cigər qanindən özgə əkl bilməz dildə peykanın,Diriğa ki, səri-karım, düşüb bədxu qonaq ilə.

Degil şəbnəm, götürmüş başə nəqdi-hasilin yeksər,Nisari-məqdəminçin lalevü güllər təbaq ilə.

Yetişdi başə ömrüm, olmadı məqsudi-dil hasil,Bugün-fərda deməkdən canə yetdim iştiyaq ilə.

Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir,Müdara edə bilseydin əgər müddət fəraq ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love