Yox məndə bəs ki, tabü təvan hicr dağına,Çarə budur: yıxam özümü xüm ayağına.

Bir ləhzə, kafirəm, çıxa meyxanədən əgər,Zöhd əhlinin dəgə meyi-gülgun dodağına.

Hər kim dilərsə rahəti-dünyavü axirət,Versin özün o piri-müğanın bucağına.

Yüz fərqi var badə ilə abi-kövsərin,Su içsin, ol kəsin dəgə bu söz damağına.

Can sədqə olmasınmı ki, əbrulərə, edorPeyvəstə şərhi-halımı yarın qulağına.

Pürpiç zülfi qaməti-sərv üzrə, der görən,Mari siyahlərdi çıxar gül budağına.

Can qılsa pişvazi-xədəngin əcəb degil,Lazımdı mizobanə təvazö qonağına.

Ey didə, əşki gedə kuyi-dilbərə,Mərdüm gərəkdir ögrədə adab uşağına.

Kəs şəm başını, uzadır dil üzarına,Zahirdə baxma hiylə ilə ağlamağına.

Xari-müjəmdən etməsə əndişə, Zakira,Sərvi-sahi basardı qədəm göz bulağına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love