Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən
Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.
Munca kim zülm edər, insafü mürüvvət axırSalacaqdırmı onun könlünə bir tarı, görən?
Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilirNərgisi-məstə baxan, qəmzeyi-xunxarı görən.
Aşiqin halı pərişanü təbah olduğunuFəhm edər zülfi-pərişanü siyəhkarı görən.
Tuta gər Yusifi-gumgəştə nəbati-Misri,Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən.
Yanar əhvalına pərvanəsifət şanələrin,Piç-tabü girehi-türreyi-tərrarı görən.
Mütləqa ol məhi-bimehrə dəxi meyl etməzKünci-qürbətdə gəlib Zakiri bimarı-görən.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-yoxdu-bu-bezmde-gerci-sitemi-yari-goren
Use ← → keys to move, R for a random poem
More by this author
Dost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.
Dur sallan, dur sallan, boyun qurbanıDur sallan, dur sallan, boyun qurbanı,Tamaşalar etsin sənəmlər sənə.
Dün düşdü güzarım yarın kuyinəDün düşdü güzarım yarın kuyinə,Dərdü qəm çevrəsin alıbdı, gördüm.
Düşmüşəm çöllərə, ey LeylicəmalDüşmüşəm çöllərə, ey Leylicəmal,Məcnun kimi səni gördəndən bəri.
Poems by other poets · Love
Mənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Sən də birAğlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,