Mənzilim dərgahi-cananımda bolğay kaş ki
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Mənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.Bu gecə can təndə mehmandur mən ilən, ey rəfiq,Bu gecə cananım da mehmanda bolğay kaş ki.Çeşmə gərdə su yığub mənzil tutar, ey əksi-tən,Mənzili bu çeşmlər yanımda bolğay kaş ki.Ayrılıq dağı bilə yandı könüldin idi can,Yanmaqdadır bu könül yanımda bolğay kaş ki.Kaş bolğaydı qulağidə fəğanım birlə ah,Ya qulağı ahü əfğanımda bolğay kaş ki.Kərəmruluq göstərib qalmışam birun,Bu rəviş birəhm sultanımda bolğay kaş ki.Sadiqi, əvvəl qədəm qoyma fəqir bu viranə,Mənzilim dərgahi-cananımda bolğay kaş ki.
Kitabxana.az · https://kitabxana.az/en/works/sadiq-bey-efsar-menzilim-dergahi-cananimda-bolgay-kas-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Əgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
Əlkidə al alma, imas kim, ata tutarƏlkidə al alma, imas kim, ata tutar,Al ilə aldı könlümi ol şuxi-gül'uzar.
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.
Poems by other poets · Love
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
SədəqəsinnənNə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.