Adətdir xublara başdan, binadan
Adətdir xublara başdan, binadan,Bir müddət aşiqə hələ yağ çəkər.Elə ki, yandırdı dürüst ayağın,Görərsən ki, yavaş-yavaş dağ çəkər.
Beş gün, üç gün duzlar tərəsin əvvəl,Aralıqda olur filcümlə get-gəl,Sonra deyər çoxdur yanımda əngəl,Biçarə eşikdə iştiyaq çəkər.
Aldadıban alar əlindən varın,Elə ki, keyfincə, saf gördü karın,Xəlvətdə öyrədər motalçıların,Kimi qapaz salar, kim çomaq çəkər.
Əzəldən deyər ki, bəri dur, bəri,İrəli gedərsən o durar geri.Səni görcək özün soxar içəri,Tünd olub, qapını bidamağ çəkər.
Lənət olsun bədəsilə, gövdənə,İstəmə, əgərçi can verə sənə;Şikəstə Zakirəm, gərəkməz mənə,Bu xiffəti hansı qurumsaq çəkər!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-adetdir-xublara-basdan-binadan
Use ← → keys to move, R for a random poem
More by this author
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.
Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Nazi-əndazəni Şirinü Züleyxa nə bilir?
Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Müştaqi-ləbin sağərü səhbayə baxarmı?Bir göz ki, səni görməyo, dünyayə baxarmı?
Nə qədər cövrü cəfa eyləyə dildar mənəNə qədər cövrü cəfa eyləyə dildar mənə,Eyləməz eylədigin dideyi-xunxar mənə.
Poems by other poets
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm