Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Nazi-əndazəni Şirinü Züleyxa nə bilir?

Desələr kim, bilir əndazeyi-zülfün şanə,Bavər etmə, elə pür-piçi sərpa nə bilir?

Qönçədən sorma dəhən sirrini, yoxdur xəbəri,Kuhü səhra çiçəyi elmi-müəmma nə bilir?

Bənzər ahuyi-Xətayə baxışı filcümlə,Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir?

Zülfünün hər teli bir mari-siyah olsa əgərTutaram, aşiqi-sövdazədə pərva nə bilir?

Mülki dil fəthinə, derlər ki, gəlir ləşkəri-hicr,Gəlsə də qəmzeyi-qatil kimi yəğma nə bilir?

Zahirən Zakiri-dilxəstədən öyrənmiş ola,Yoxsa ahəngi-nəva bülbüli şeyda nə bilir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love