Kəmali-hüsn ki, sane o sərvi-nazə verə,Dəxi nə hacət ona bir də zibi-qazə verə?

Hədisi-ləli-ləbin görsə hər kitabdə dil,Gərək ki, rişteyi-candan ona şirazə verə.

Təkəllümün, dedilər, yar nəqdi-canə verir,İnanmazam, bu giranmayə dürrü azə verə.

Nə dildə tabü tavan var ki, şərhi-raz qıla,Nə əl qələm tutar əhvalı yarə yazə, verə.

Sirişki-al ilə kilki-müjə bəyaz rüxə,Bu iki fərdi yazıb ol dəni nəvazə verə.

Rəqib-məhrəmi-bəzmi-vüsal, mən-məhrum,Rəvadürmü bu qüssə məni güdazə verə?

Bu Zakiri edə hicran fəzayi-qəmdə həlak,Həyat ləli-ləbin qeyrə tazə-tazə ver?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love